
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, daha bir nəfərin cəsədi tapılıb. Hazırda 15 nəfər itkin hesab olunur.
Axtarış-xilasetmə əməliyyatlarına özəl şirkətlərin cəlb ediləcəyi, həmçinin Türkiyə ilə məsləhətləşmələrin aparılacağı bildirilib.
Qeyd edək ki, hadisə avqustun 30-da Girnə sahillərində baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.