
Türkiyənin "Qalatasaray" klubunda Viktor Osimhen və Mario Lemina ilə bağlı xoşagəlməz xəbər yayılıb.
BAKU.WS xəbər verir ki, hər iki futbolçunun əzələ nahiyəsində zədə aşkarlanıb. Bu səbəbdən oyunçuların təxminən 3 həftə komandaya kömək edə bilməyəcəyi bildirilib.
Osimhen və Lemina "Başakşehir" üzərində 3:2 hesablı qələbə ilə başa çatan Superliqanın IV turunun oyununda zədələniblər.
Futbolçuların bərpa prosesinin ardından yaşıl meydanlara qayıtması gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.