Bu gün, 09:48 80

Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO

Azərbaycanda yağış mövsümü başlayır. Son illərdə yağıntıların intensivliyinin artması Nepaldakı dəhşətli sel fəlakətindən sonra ölkəmizdə də bu cür hadisələrin baş verə biləcəyi ilə bağlı narahatlıqlar yaradıb.

Nepalda baş verən dəhşətli sel fəlakəti böyük itkilərə səbəb olmaqla yanaşı, iqlim dəyişikliklərinin yaratdığı riskləri bir daha gündəmə gətirib. Ümumiyyətlə, son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar dünyada güclü yağıntılar, sel və daşqın kimi ekstremal hava hadisələrinin artması müşahidə olunur. Baş verənlər göstərir ki, belə təbii fəlakətlərin qarşısını tam almaq mümkün olmasa da, dövlətlərin əvvəlcədən hazırlıqlı olması insan və maddi itkilərin minimuma endirilməsində mühüm rol oynayır.

Son illər Azərbaycanda da havanın yağıntılı keçməsi, eləcə də bu il rayonlarda ciddi sel hadisələrinin müşahidə olunması ölkəmiz üçün də suallar yaradır. Bəs, Azərbaycanda Nepalda olduğu kimi dağıdıcı miqyasda sel hadisəsinin baş verməsi mümkündürmü? Yerli mütəxəssislər mövcud vəziyyəti necə qiymətləndirirlər və belə hadisələrin törədə biləcəyi fəsadları azaltmaq üçün hansı hazırlıq işləri görülməlidir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Meşələrin qırılması sel riskini artırır

Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO

Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, sel riskinin artmasının müxtəlif səbəbləri var: "Burada həm təbii, həm də antropogen amillər mühüm rol oynayır. Antropogen amillərdən biri dağ yamaclarında və dağ dərələrində meşələrin qırılmasıdır. Bu zaman yağıntı suları torpağa kifayət qədər hopmur və səth üzrə sürətlə hərəkət edərək selin gücünü artırır".

Ekspert qeyd edib ki, sel adi daşqından fərqlənir. Belə ki, sel yalnız sudan ibarət olmur, özü ilə böyük miqdarda daş, qum, torpaq, ağac və digər materialları da gətirir. Bu isə sel kütləsinin dağıdıcı gücünü əhəmiyyətli dərəcədə böyüdür.

S.Səfərovun sözlərinə görə, son dövrlərdə digər mühüm risk amili qısa müddətdə düşən intensiv yağıntıların artmasıdır: "Qlobal istiləşmə atmosferdə rütubət dövranını sürətləndirir. Nəticədə əvvəllər 24 saat ərzində düşən yağıntı indi iki saat ərzində düşə bilər".

Azərbaycanda əsas təhlükə yağış selləridir

Ekspert Nepalda baş verən sel hadisəsinin Azərbaycan üçün birbaşa müqayisə edilə biləcək nümunə olmadığını vurğulayıb. Onun sözlərinə görə, Nepalda relyef, buzlaqlar və musson yağışları kimi amillərin eyni vaxtda təsir göstərməsi hadisəni daha fərqli və dağıdıcı xarakterə gətirib. "Nepalda baş verən hadisə unikaldır. Orada yüksək dağlıq ərazilərdə böyük həcmdə daimi buzlaqlar mövcuddur. Qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi müşahidə olunur. Yayılan görüntülərdən də görünür ki, zirvədən böyük bir buz parçası qoparaq aşağı doğru hərəkət edir. Bununla yanaşı, buz kütləsi özü ilə iri daşları, torpağı, qumu və ağacları da aşağıya doğru aparır. Beləliklə, sel kütləsi hərəkət etdikcə daha da böyüyür və dağıdıcı gücü artır. Azərbaycanda isə Nepalda baş verən miqyasda buzlaq mənşəli selin yaranması ehtimalı çox aşağıdır. Buna səbəb ölkənin dağlıq ərazilərində belə böyük və sabit buzlaq örtüyünün olmamasıdır. Bizim ölkədə əsasən yağıntılarla əlaqədar yaranan sellər müşahidə olunur. Lakin bu, ölkəmizdə güclü sel təhlükəsinin olmadığı anlamına gəlmir. Yağıntıların intensivliyindən və dağlarda toplanan sel kütləsindən asılı olaraq Azərbaycanda da çox güclü və dağıdıcı sellər baş verə bilər", - deyə ekspert bildirib.

O, Azərbaycanın tarixində də ağır sel hadisələrinin baş verdiyini xatırladıb. Alimin sözlərinə görə, 1907-ci ildə Şəki ərazisində Şin çayında baş verən güclü sel nəticəsində yaşayış məntəqələrindən biri tamamilə dağılıb və böyük insan tələfatı qeydə alınıb.

Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO

Erkən xəbərdarlıq əsas şərtdir

Sel təhlükəsinin qarşısının tam alınmasının mümkün olmadığını deyən S.Səfərov hesab edir ki, əsas məqsəd belə hadisələrin insan itkisi və ciddi maddi zərərlə nəticələnməsinin qarşısını almaq olmalıdır. Ekspertin fikrincə, bunun üçün ilk növbədə erkən xəbərdarlıq sistemləri gücləndirilməlidir: "Azərbaycanda hidrometeoroloji xidmətin tərkibində dörd radar fəaliyyət göstərir. Onların üçü Doppler radarlarıdır. Bu sistemlər vasitəsilə yağıntıların miqdarını əvvəlcədən müəyyənləşdirmək və hava proseslərini izləmək mümkündür".

S.Səfərovun sözlərinə görə, radar müşahidələri ilə yanaşı, sel riski olan ərazilərdə əvvəlcədən çöl tədqiqatlarının aparılması da vacibdir. Belə araşdırmalar nəticəsində dağ yamaclarında və çay hövzələrində nə qədər sel kütləsinin toplana biləcəyi müəyyənləşdirilə bilər.

S.Səfərov digər vacib tədbirlər sırasında qoruyucu bəndlərin çəkilməsini, çay məcralarının möhkəmləndirilməsini və meşələrin bərpasını göstərib. Onun sözlərinə görə, bitki örtüyü yağıntı sularının sürətini və torpaq eroziyasını azaltmaqla selin gücünün zəifləməsinə kömək edir.

Güclü sel gözlənilə bilər

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov da hesab edir ki, Azərbaycanda güclü sel hadisələrinin baş verməsi mümkündür. Amma Nepalda baş verən hadisənin eyni formada Azərbaycanda təkrarlanması gözlənilmir: "Aran rayonlarında belə hadisələrin baş verməsi ehtimalı çox azdır. Nepaldakı hadisənin eyni formada Azərbaycanda təkrarlanması mümkün deyil. Lakin sürüşmələrlə müşayiət olunan sel hadisələri baş verə bilər".

Dağlıq ərazilər daha yüksək risk altındadır

Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO

Ə.Məmmədovun sözlərinə görə, Azərbaycanda sel təhlükəsi əsasən dağlıq ərazilər üçün aktualdır. Xüsusilə çayların keçdiyi ərazilərdə və torpaq qruntlarının dayanıqlığının zəif olduğu zonalarda risk daha yüksəkdir. "Kiçik Qafqaz zonasında çayların keçdiyi ərazilərdə sel yaranma ehtimalı böyükdür. Bu, torpaq qruntlarının kövrək və dayanıqlığının zəif olması ilə də əlaqədardır. Böyük Qafqazda da belə hadisələr baş verə bilər. Quba-Zaqatala zonası bu baxımdan riskli ərazilər sırasındadır".

Ekspert hesab edir ki, selin fəsadları ilə mübarizədə hadisədən sonra görülən tədbirlərdən daha çox, qabaqlayıcı hazırlıq işlərinə üstünlük verilməlidir. Onun sözlərinə görə, xüsusilə sel təhlükəsi barədə erkən xəbərdarlıq və əhalinin təhlükəli ərazilərdən vaxtında təxliyəsi həyati əhəmiyyət daşıyır: "İnsanlar hava proqnozlarına və verilən xəbərdarlıqlara hazır olmalıdırlar".

Paylaş

Xəbər lenti

Qubada QƏZA: Ölən və yaralananlar var Bu gün, 10:48 Güclü külək, sel və ildırım gözlənilir - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 10:48 Zaqatalada qarışıq mallar mağazası yandı Bu gün, 10:48 Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO Bu gün, 09:48 "Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq Bu gün, 09:48 SEPAH ABŞ-yə bağlı altı gəmini vurub Bu gün, 09:48 Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR Bu gün, 09:48 Dominikan təmsilçisi "Miss World - 2026" tituluna sahib olub Bu gün, 09:48 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib Bu gün, 00:48 Ağdamda traktor minaya düşüb Bu gün, 00:48 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" Bu gün, 00:48 İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib Dünən, 23:48 Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir" Dünən, 23:48 İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb Dünən, 23:48 Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır Dünən, 23:48 "Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb Dünən, 22:48 Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq Dünən, 22:48 Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib Dünən, 22:48 Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır Dünən, 22:48 Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Dünən, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Dünən, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünən, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Dünən, 21:48 ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Dünən, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Dünən, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Dünən, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Dünən, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Dünən, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Dünən, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Dünən, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Dünən, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Dünən, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Dünən, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Dünən, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Dünən, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Dünən, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Dünən, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Dünən, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Dünən, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Dünən, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Dünən, 17:48 Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb Dünən, 17:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib Dünən, 17:48 Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı Dünən, 17:48 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Dünən, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Dünən, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Dünən, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR