
Kişi voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.
Federasiyadan "AVESTA.AZ"a verilən məlumata görə, Yüksək Liqada I dövrənin son qarşılaşmaları yanvarın 26-da və 27-də baş tutacaq.
Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək.
Növbəti gün ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.