
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Cask və Qeşmdəki partlayış səsləri də bununla əlaqələndirilib.
"Bu bölgələrdə eşidilən səslər Hörmüz boğazında qaydaları pozan gəmilərin cəzalandırılmasından qaynaqlanır və bu regionda heç bir partlayış baş verməyib", - məlumatda qabardılıb.
"Xatəm-əl-Ənbiya" mərkəzi qərargahı isə ABŞ ordusuna xəbərdarlıq edib:
"ABŞ ordusuna xəbərdarlıq edilir ki, təhlükəsizliyin pozulması, İran gəmilərinə qarşı maneə törədilməsi və dəniz mühasirəsi davam edərsə, İslam Respublikası Silahlı Qüvvələrinin bölgədəki ABŞ hərbi gəmilərinə qarşı zərbələri əvvəlkindən daha şiddətli olacaq və bunun genişlənməsi ehtimalı da mövcuddur".
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın üç tankerinə hücum edib və bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regionda Amerika gəmilərinə zərbə endirmək cəhdi ilə əlaqələndirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.