
"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli "Formula-1" üzrə dünya çempionatının 13-cü mərhələsində qalib gəlib.
AVESTA.AZ xəbər verir ki, İtaliya Qran-Prisi "Monza" avtodromunda keçirilib.
Yarışda ikinci yeri Antonellinin komanda yoldaşı Corc Rassell tutub. "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü olub.
Qeyd edək ki, mühərrik dəyişdirildiyinə görə yarışa 19-cu sıradan başlayan Antonelli buna baxmayaraq bütün rəqiblərini geridə qoyub.
Bu nəticədən sonra Kimi Antonelli 267 xalla çempionatın liderliyini qoruyub. Corc Rassell 201 xalla ikinci, Lyuis Hemilton isə 191 xalla üçüncüdür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.