
Almaniyanın Kil şəhərində İkinci Dünya müharibəsindən qalma aviasiya bombası aşkarlanıb. Bombanın zərərsizləşdirilməsi üçün 5 mindən çox sakin ərazidən təxliyə ediləcək.
AVESTA.AZ xəbər verir ki, 250 kiloqram ağırlığında bomba şəhərin Ditrixsdorf rayonunda tapılıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində 5 235 nəfər evlərini tərk etməlidir. Təxliyə təxminən 2 580 təsərrüfatı əhatə edəcək.
Sakinlər yerli vaxtla saat 14:00-dək ərazidən çıxmalıdır. Yaxınlarının yanında qala bilməyən şəxslər üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.