26-01-2023, 00:00 669

Daşaltı əməliyyatından 31 il ötür

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür.

"AVESTA.AZ" xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.

Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb.

Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə Konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Daşaltı kəndi ərazisində aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olub.

2022-ci il aprelin 21-də dövlət başçısı Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış olub.

Prezident İlham Əliyev elə həmin günü kəndin bərpası ilə bağlı tapşırıqlarını verib. 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoyublar.

Paylaş

Xəbər lenti

"EFES - 2026" təlimində gecə mərhələsi keçirilib Bu gün, 00:48 Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi Bu gün, 00:48 Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi Bu gün, 00:48 Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib Dünən, 23:48 Ərdoğan Trampla Yaxın Şərqi müzakirə edib Dünən, 23:48 "Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər Dünən, 23:48 ABŞ Ədliyyə Nazirliyi Raul Kastroya qarşı ittihamları təsdiqləyib Dünən, 23:48 Yayda avtomobili sıradan çıxaran 5 təhlükəli səhv Dünən, 22:48 Moskvada anomal istilər: 129 il əvvəlki rekord qırıldı Dünən, 22:48 Bu ərazilərdə elektrik şəbəkəsi yenidən qurulacaq - 15 milyonluq LAYİHƏ Dünən, 22:48 Köhnə liftlərdə yaranan problemlər: Nasazlıq zamanı sərnişinlər nə etməlidirlər? Dünən, 22:48 ABŞ-İran danışıqlarının yeni raundunun TARİXİ AÇIQLANDI Dünən, 22:48 Azərbaycan Böyük Qayıdış proqramı çərçivəsində təcrübəsini Suriya ilə bölüşüb Dünən, 21:48 WUF13 Bakıda: Müharibələr və iqlim dəyişikliyi şəhərlərin gələcəyinə təsir göstərir Dünən, 21:48 Sürücülərin NƏZƏRİNƏ - Bu hallarda vəsiqənizdən məhrum ola bilərsiniz Dünən, 21:48 Britaniya radiosu səhvən Kral III Çarlzın ölümünü elan etdi Dünən, 21:48 "Uşaq bir az da məşq etsin, polisə düzəldək" - "Bandotdel"in tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR Dünən, 20:48 Uşaqlara dondurma alarkən bunu mütləq nəzərə alın - XƏBƏRDARLIQ Dünən, 20:48 Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib Dünən, 20:48 Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub Dünən, 20:48 Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır Dünən, 19:48 BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib Dünən, 19:48 Xecazi: Qarabağ Davamlı İnkişaf Məqsədləri nəzərə alınmaqla bərpa nümunəsinə çevrilə bilər Dünən, 19:48 Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR Dünən, 19:48 Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub Dünən, 19:48 WUF13 üçün onlayn qeydiyyat bərpa edilib Dünən, 19:48 Zakir Həsənov "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib Dünən, 18:48 "Leyli və Məcnun" operası: Hadisələr Ərəbistan çöllərində yox, Azərbaycanda baş verir Dünən, 18:48 Hacıyev: Minalar azad olunmuş ərazilərdə bərpa prosesini çətinləşdirir Dünən, 18:48 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir? Dünən, 18:48 Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ Dünən, 18:48 Qarabağda yeni muzey tikiləcək - 44 milyonluq LAYİHƏ Dünən, 18:48 Dünya Bankı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bələdiyyə maliyyələşməsindəki fərqə diqqət yetirib Dünən, 18:48 WUF13-ə onlayn qeydiyyat bərpa edilib Dünən, 17:48 Türkiyə dünya ictimaiyyətini iqlim siyasətində bəyannamələrdən real addımlara keçməyə çağırır Dünən, 17:48 Vüsal Hüseynov: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin uğurlu diplomatik fəaliyyətinin göstəricisidir Dünən, 17:48 Azərbaycan pavilyonunda turistlərin marağına nələr səbəb olur? Dünən, 17:48 WUF13-də şəhər infrastrukturuna uzunmüddətli maliyyə cəlb edilməsi yolları müzakirə olunur Dünən, 17:48 Vahid Hacıyev: Azərbaycan ərazisindən yükdaşımalar ildə 50 milyon ton arta bilər Dünən, 17:48 Tahir Mirkişili: "Azərbaycan-Gürcüstan dəmir yolu əlaqəsinin bərpası iqtisadi fəallığı və regional inteqrasiyanı gücləndirəcək" Dünən, 17:48 "Bakı Şəhərsalma Mükafatı" təsis edilib Dünən, 16:48 Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə sərhəd və gömrük prosedurlarının necə təşkil olunacağı bilinib Dünən, 16:48 Umayra Tağıyeva WUF13-də şəhər planlaşdırılmasında hava keyfiyyətinin əhəmiyyətini vurğulayıb Dünən, 16:48 Əfqanıstanda partlayış zamanı iki uşaq həlak olub Dünən, 16:48 Əli Əsədov Tacikistanın Baş nazirinin müavini ilə görüşüb Dünən, 16:48 Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir? Dünən, 16:48 Şəkərli içkiləri su əvəzinə qəbul edən məşhur fenomenə leykoz diaqnozu qoyuldu Dünən, 16:48 İran ABŞ və İsrailə sərt xəbərdarlıq edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR