Dünən, 09:48 95

2026-cı il Bakıda Formula 1 tarixinin əlamətdar mərhələlərindən biri olacaq - Azərbaycan Qran-prisi şəhərdə onuncu dəfə keçiriləcək. Geridə qalan on il ərzində Qran-pri təkcə böyük beynəlxalq idman tədbirinə deyil, həm də turizm, yerli biznes, insan kapitalı və Bakının beynəlxalq tanıtımı üçün mühüm platformaya çevrilib.

"Yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Formula 1-in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir. Əminəm ki, yubiley Qran-prisi 2026-cı ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq, Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə və Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək", - deyə gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Beynəlxalq maraq ildən-ilə artır

Azərbaycan Qran-prisinin Bakıya gətirdiyi beynəlxalq auditoriya ildən-ilə genişlənir. Yarış üçün ölkəyə gələn xarici qonaqlar hotellərdən, restoranlardan, nəqliyyatdan və digər xidmətlərdən istifadə edir, eyni zamanda şəhərin turistik məkanlarını ziyarət edirlər. Qran-pri bununla da turizm və xidmət sektoruna əlavə dinamika gətirir.

2025-ci ildə Azərbaycan Qran-prisini izləmək üçün ölkəyə 14 mindən çox xarici qonaq səfər edib. Biletlər dünyanın 115 ölkəsində satılıb, yarış həftəsonu ərzində isə 90 mindən çox ziyarət qeydə alınıb.

2026-cı ildə də xarici azarkeşlərin marağı yüksək olaraq qalır. Yubiley Qran-prisi üçün xarici qonaqlara satılan biletlərin sayı artıq 2025-ci ilin göstəricisini keçib.

Formula 1-in xarici auditoriya üçün Bakıya səfər etmək qərarındakı rolu 2024-cü ilin göstəricilərində də özünü göstərir. Həmin il Qran-priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Xarici azarkeşlərin 93 faizi isə Bakıya səfərlərinin əsas səbəbinin Formula 1 olduğunu bildirib.

Qran-prinin təsiri yalnız turist axını ilə də ölçülmür. Yarışa hazırlıq prosesi də yerli şirkət və mütəxəssislərin cəlb olunduğu genişmiqyaslı işlərin həyata keçirilməsini tələb edir. Bu isə Formula 1-in Bakıda yaratdığı imkanların ilboyu daha geniş peşəkar və iqtisadi ekosistemə yayıldığını göstərir.

Aylarla davam edən hazırlıq

Qran-priyə hazırlıq bir neçə ay davam edir və müxtəlif sahələrdə çalışan minlərlə insanı bir araya gətirir. Yarış infrastrukturunun qurulması və sökülməsi işlərinə 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı cəlb olunur. Yarış həftəsində isə təşkilati işlərdə təxminən 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal çalışır.

On il ərzində yarışın təşkili və hazırlıq prosesi də əhəmiyyətli dərəcədə təkmilləşib. Yerli şirkət və mütəxəssislərin rolu artıb, ilk illərdə əsasən xarici mütəxəssislərin gördüyü bir sıra işlər bu gün tamamilə yerli kadrlar tərəfindən həyata keçirilir. Toplanan təcrübə və müasir texnologiyaların tətbiqi hazırlıq prosesinin daha səmərəli təşkilinə imkan verib.

"Ötən illər ərzində Bakıda Formula 1 yarışlarının keçirilməsi ilə bağlı böyük təcrübə toplamışıq. Müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətini 12 aydan təxminən dörd aya endirə bilmişik. Eyni zamanda, yarışdan sonra şəhərin gündəlik həyatının mümkün qədər tez bərpa olunması bizim üçün vacibdir. 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatdıqdan cəmi 12 saat sonra aradan qaldırılıb.

Şəhərin gündəlik həyatına təsiri nəzərə alaraq, 2023-cü ildən etibarən Qran-pri həftəsində sakinlərin və sürücülərin rahatlığını təmin etmək üçün tranzit dəhlizləri təşkil olunur. Bu dəhlizlər vasitəsilə bəzi yollar səhər və axşam müəyyən saatlarda nəqliyyatın hərəkətinə açılır. 2026-cı ildə belə dəhlizlərin sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində isə əlavə tranzit dəhlizi təşkil olunacaq.

Qran-priyə marağın artması ilə tamaşaçı tutumunu da genişləndirmişik. Son üç ildə dörd yeni tribuna inşa etmişik və bununla tamaşaçı yerlərinin sayını 6 mindən çox artırmışıq. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür. Bu da Azərbaycandan və xaricdən daha çox azarkeşi qəbul etməyə imkan verir", - Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib.

Bakı dünyanın diqqətində

Azərbaycan Qran-prisinin təsiri iqtisadi göstəricilərlə məhdudlaşmır. Yarış hər il Bakını beynəlxalq idman və media gündəminə çıxarır, şəhərin tanıdılması üçün geniş imkan yaradır.

Formula 1-in rəsmi sosial media hesablarının ümumi auditoriyası 115 milyondan çoxdur. Qran-pri həftəsində bu böyük beynəlxalq platformanın diqqəti Bakıya yönəlir. Yarışı işıqlandıran media nümayəndələri və beynəlxalq yayımçılar trekdə baş verənlərlə yanaşı, şəhərin tarixi və müasir simasını da öz auditoriyalarına təqdim edirlər.

2025-ci ildə Azərbaycan Qran-prisini yerində təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb. Televiziya yayımları, xəbər materialları və rəqəmsal kontent vasitəsilə Bakı dünyanın müxtəlif ölkələrində geniş auditoriyaya təqdim olunub.

Bunun konkret nümunələrindən biri ABŞ televiziya auditoriyasının göstəriciləridir. 2025-ci ildə Azərbaycan Qran-prisinin ESPN-də canlı yayımını orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Bakı yarışı üçün ABŞ televiziyasında qeydə alınmış ən yüksək auditoriya göstəricisidir. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı.

Beləliklə, Formula 1 Bakı üçün yalnız beynəlxalq idman yarışı deyil, həm də şəhərin dünya miqyasında tanıdılması, onun haqqında marağın artırılması və Bakının beynəlxalq idman şəhəri kimi mövqeyinin gücləndirilməsi üçün mühüm platformadır.

Paylaş

Xəbər lenti

Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu Bu gün, 10:48 FHN Zaqatalada yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 AZANS Daşkənddə regional aeronaviqasiya əməkdaşlığını gücləndirib Bu gün, 10:48 KXDR Yapon dənizinə ballistik raketlər buraxıb Bu gün, 09:48 Ledi Qaqa ilk dəfə ana olub Bu gün, 09:48 Joze Mourinyo "Real"dakı münaqişəyə aydınlıq gətirib: "Heç nə etmədim" Bu gün, 09:48 Nepaldakı faciədə həlak olanların sayı artıb Bu gün, 09:48 Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub Bu gün, 00:48 Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj Bu gün, 00:48 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Dünən, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Dünən, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Dünən, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Dünən, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Dünən, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Dünən, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Dünən, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Dünən, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Dünən, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Dünən, 22:48 CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır Dünən, 21:48 AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar Dünən, 21:48 Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ Dünən, 21:48 Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb Dünən, 20:48 İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar Dünən, 20:48 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ Dünən, 20:48 Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? Dünən, 20:48 Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Dünən, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Dünən, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Dünən, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Dünən, 19:48 Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən YENİ AÇIQLAMA Dünən, 19:48 Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 19:48 Fərid Şəfiyevə üç müavin təyin edildi Dünən, 18:48 Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? Dünən, 18:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb Dünən, 18:48 Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar Dünən, 18:48 Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub Dünən, 18:48 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var Dünən, 18:48 ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib Dünən, 18:48 Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR