
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən yataqxanasında cari təmir işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bununla bağlı AMEA tərəfindən satınalma müsabiqəsi elan edilib.
Söhbət Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən 9 mərtəbəli yataqxana binasından gedir.
Məlumata əsasən, işlərin əsas hissəsi binanın yumşaq dam örtüyünün təmiri ilə bağlı olacaq. Bundan əlavə, binanın zirzəmisində də müxtəlif təmir və söküntü işləri aparılacaq.
Görüləcək işlərin nəticəsində yataqxananın xüsusilə dam örtüyünün yenilənməsi və zirzəminin təmir olunması, binanın texniki vəziyyətinin yaxşılaşdırılması və burada yaşayan şəxslər üçün daha normal şərait yaradılması gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.