
Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən "xoşməramlı jestdir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vesti"yə müsahibəsində Zelenskinin ABŞ-da keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyini şərh edərkən bildirib.
"Məncə, dövlət başçısının mətbuat katibi Dmitri Peskov artıq bununla bağlı mövqeyini bildirib: bu şəxsə dəvət göndərilib, əgər görüşmək istəyirsə, qoy gəlsin. Bu, artıq bizim tərəfimizdən böyük xoşməramlı jestdir. Çünki o, Putinlə təmasları qadağan edən fərmanını hələ də ləğv etməyib", – Lavrov deyib.
Rusiya XİN rəhbəri, həmçinin Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu, lakin danışıqlar müddətində hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.