
"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun bəzi stansiyalarında təqribən 30 dəqiqəlik gecikmə müşahidə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.