
Ucar rayonunun Qazqumlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.
AVESTA.AZ Baku TV-yə istinadla xəbər verir ki, kənd sakini Vüsal Ərziman oğlu Rüstəmova məxsus birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, yanğına həyət ərazisində, tayada saxlanılan ot bağlamasının alışması səbəb olub. Alov daha sonra evə keçib. Hadisə nəticəsində həyətdə saxlanılan ümumilikdə 12 ton ot bağlaması da tamamilə yanıb.
Yanğın yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Alov söndürülüb, ətrafdakı evlərin yanğından mühafizəsi təmin edilib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.