Bu gün, 18:48 86

Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik?

Yeni asfalt örtüyü çəkilir, amma yolun üzərindəki xətlər bərpa olunmur. Hərəkət zolaqlarını ayıran xətlər, piyada keçidləri və stop-xətlər olmadan təhlükəsizlik necə təmin edilməlidir?

AVESTA.AZ xəbər verir ki, Baku TV asfaltlanmadan sonra yolun xətlənməməsi problemini gündəmə gətirib.

Söhbət yolun hərəkət hissəsinə çəkilən üfüqi nişanlanmadan gedir. Bu xətlər sürücülərə hərəkət zolaqlarını, dayanmalı olduqları yeri və piyadaların keçidini göstərir. Zəruri xətlərin olmaması hərəkətin təşkilini çətinləşdirə və təhlükəli vəziyyətlər yarada bilər.

Qanun nə tələb edir?

"Avtomobil yolları haqqında" Qanunun 40-2-ci maddəsi təmir zamanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını və hərəkətin düzgün təşkilini tələb edir. Həmin Qanunun 40-3-cü maddəsinə görə isə istifadədə olan yolun vəziyyəti yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir.

Üfüqi nişanlanmaya dair tələb Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli 16 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydaların II bölməsinin 3.25-ci bəndində də göstərilib. Yol örtüyündə nişanlanma "Yol hərəkəti haqqında" Qanuna və qüvvədə olan normativ-texniki sənədlərə uyğun aparılmalıdır.

Xətlənmə sonraya saxlanıla bilərmi?

Həmin bölmənin 4.13-cü bəndi tikintisi tamamlanmış yolların istismara qəbuluna aiddir. Bu bəndə əsasən, iqlim şəraitinə görə hərəkət hissəsinin nişanlanması kimi işlər yalnız onların görülməməsi yolun təhlükəsiz istismarına mane olmadıqda sonraya saxlanıla bilər. İşlərin tamamlanma müddəti isə Dövlət Qəbul Komissiyasının aktında göstərilməlidir.

Deməli, bu istisna xətlənmənin qeyri-müəyyən müddətə təxirə salınmasına ümumi icazə vermir.

Bəs asfaltlanmadan sonra xətlər neçə günə çəkilməlidir?

İstinad edilən qanun maddələri və qərarın göstərilən bəndlərində bütün yollar üçün vahid gün sayı müəyyən olunmur. Bununla belə, nişanlama xətlərinə dair ayrıca AZS 943:2023 dövlət standartı da mövcuddur. Konkret yol üzrə müddətin qiymətləndirilməsi üçün tətbiq olunan texniki tələblər, layihə və işlərin icra sənədləri də nəzərə alınmalıdır.

Bu səbəbdən aidiyyəti qurumların cavablandırmalı olduğu suallar konkretdir: asfaltlanan yolda xətlənmə nə vaxt tamamlanacaq, bu tarix hansı normativ tələbə və sənədə əsaslanır, həmin vaxtadək sürücü və piyadaların təhlükəsizliyi necə təmin olunur?

Paylaş

Xəbər lenti

İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Bu gün, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Bu gün, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Bu gün, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Bu gün, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Bu gün, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Bu gün, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Bu gün, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Bu gün, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Bu gün, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Bu gün, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Bu gün, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Bu gün, 17:48 Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR