
Azərbaycan və Moldova əməkdaşlığı genişləndirməyə imkan verəcək 12 sənəd layihəsini nəzərdən keçirir.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
M.Məmmədov qeyd edib ki, Azərbaycan və Moldova arasında ikitərəfli hüquqi bazanı genişləndirmək, eləcə də ikitərəfli münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət kəsb edən ikitərəfli sənədləri imzalamaq son dərəcə vacibdir.
Onun sözlərinə görə, bu günədək iki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 68 sənəd imzalanıb.
"Hazırda tərəflər 12 sənəd layihəsini nəzərdən keçirirlər. Bu aktların operativ imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yeni üfüqlər açacaq", - nazir bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.