
Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi səbəbindən asfalt örtüyü dağılıb və yolun hərəkət hissəsi daralıb.
Bu vəziyyət sürücülərin ərazidən keçidini çətinləşdirir. Hazırda yolun asfalt qatında iri çatlar əmələ gəlib, torpaq sürüşməsi isə davam edir.
Təhlükəsizlik məqsədilə ərazinin bəzi hissələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xəbərdaredici lentlər çəkilib və yol nişanları quraşdırılıb.
Sürücülər Baku Tv-yə bildirilər ki, yolun bəzi hissələrində isə heç bir xəbərdaredici nişan yoxdur. Onlar yalnız təhlükəli əraziyə yaxınlaşarkən lentləri gördüklərini və bunun əlavə risk yaratdığını deyirlər.
Qeyd edək ki, torpaq sürüşmələri əsasən Quba rayonunun Kunxırt və Xırt kəndləri ərazisində müşahidə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.