Dünən, 15:48 89

Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları uzun illər ərzində davam edib. Azərbaycan torpaqlarının işğal altında saxlanılması, xalqımıza qarşı ağır cinayətlərin törədilməsi və işğal siyasətinin həyata keçirilməsi müəyyən qüvvələrin dəstəyi ilə mümkün olub. Ermənistan öz məqsədlərinə çatmaq üçün beynəlxalq hüququn prinsiplərinə zidd olaraq hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. Lakin bütün bunların Ermənistanın təkbaşına həyata keçirə biləcəyi proses olmadığı da aydın idi. Bu siyasətin arxasında müxtəlif xarici qüvvələrin dəstəyi dayanırdı".

Bunu AVESTA.AZ-ə Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, işğal nəticəsində formalaşdırılmış status-kvonun qorunub saxlanılmasında maraqlı olan Ermənistan hər dəfə danışıqlar prosesindən yeni vaxt qazanmaq vasitəsi kimi istifadə etməyə çalışırdı:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bu reallığı aydın şəkildə görərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasını təmin etdi. Azərbaycan diplomatiyasının mühüm nəticələrindən biri də illərlə fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun faktiki olaraq tarixə qovuşması oldu.

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesində vəziyyət daha da mürəkkəbləşdi. Onun səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi Ermənistanın mövqeyini açıq şəkildə ortaya qoyurdu. Buna cavab olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatı ilə Azərbaycanın qəti və dəyişməz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı.

Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY

Ermənistan tərəfindən irəli sürülən "yeni müharibə, yeni ərazilər" yanaşması isə vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Bunun ardınca Ermənistanın təxribat xarakterli addımları davam etdi. Yaxın Şərqdən gətirilən erməniəsilli insanların işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsi də bu siyasətin tərkib hissəsi kimi həyata keçirilirdi.

Tovuz istiqamətində baş verən hərbi təxribatlar Ermənistanın pozucu siyasətinin növbəti göstəricisi idi. Tovuz döyüşlərindən sonra Ermənistanın Azərbaycana qəbuledilməz şərtlər irəli sürməsi də gərginliyi daha da artırdı. Bütün bu proseslər Azərbaycan cəmiyyətində onsuz da yüksək olan narazılığı daha da gücləndirdi. Nəticədə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün ərzində Azərbaycanın tarixi zəfəri ilə başa çatdı".

Siyasi ekspert əlavə edib ki, müharibədən sonra da Ermənistan üçtərəfli bəyanatın müddəalarını müxtəlif formalarda pozmağa davam edirdi:

"İşğal olunmuş ərazilərdən geri çəkilərkən flora və faunaya ziyan vurulması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasına dair razılaşmaların icrasının ləngidilməsi bu yanaşmanın nümunələri idi.

Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin minalanması kifayət etmirmiş kimi, sonrakı mərhələdə də ərazilərimizdə yeni minalar yerləşdirilirdi. 2022-ci ildə Sarıbaba istiqamətində aparılan əməliyyat zamanı 2021-ci ildə Ermənistan istehsalı olan minaların aşkarlanması bunun konkret sübutlarından biri idi. Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılması ilə bağlı səsləndirilən çağırışlar da Ermənistanın növbəti pozucu addımları sırasında yer alırdı.

Bununla yanaşı, Nikol Paşinyan hakimiyyəti qondarma rejimə maliyyə və siyasi dəstək göstərir, həmin təsisata təbrik məktubları göndərirdi. Ruben Vardanyanın Qarabağa gəlməsi də regiondakı proseslərdən Ermənistan rəhbərliyinin xəbərsiz olmadığını göstərən məqamlardan biri kimi təqdim edilirdi. Məqsəd isə erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaq idi.

Azərbaycan dövləti bu məsələdə mövqeyini dəfələrlə açıq şəkildə ifadə etmişdi. Azərbaycan rəhbərliyinin terrorla hədələnməsi isə qəbuledilməz idi. Bununla yanaşı, Praqa görüşlərindən sonra Nikol Paşinyanın Şarl Mişelə qondarma təsisatın məktublarını çatdırması da Ermənistanın mövqeyində ziddiyyətlərin olduğunu göstərən addımlardan biri kimi qiymətləndirilirdi".

Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY

Ş.Həsənova qeyd edib ki, bütün bu məsələlərin beynəlxalq gündəmdə saxlanılması və bunun vasitəsilə Azərbaycana təzyiq göstərilməsi cəhdləri də davam edirdi:

"Qondarma rejimin müstəqillik bəyannaməsinin qəbul edildiyi gün münasibətilə təbrik müraciətinin yayılması da Nikol Paşinyan hakimiyyətinin atdığı addımlardan biri idi. Bu addım Praqada əldə edilmiş razılaşmaların mahiyyəti ilə ziddiyyət təşkil edirdi.

Ermənistan hakimiyyətinin pozucu addımlarının bu gün də davam etdiyi müşahidə olunur. Bununla belə, keçdiyimiz bütün çətin mərhələlərə baxmayaraq, müəyyən konkret razılaşmalar əldə edilib. Mahiyyət etibarilə Azərbaycan qarşıya qoyduğu bir sıra məqsədlərə nail olub və bölgədə sülhün təmin olunması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan ərazisindən Ermənistan istiqamətində neft və neft məhsullarının daşınması da iqtisadi əlaqələrin inkişafına və Ermənistan iqtisadiyyatına müəyyən müsbət töhfələr verir. Ermənistan anlamalıdır ki, revanşizm meyillərini qorumaq, düşmənçilik ritorikasını gücləndirmək heç bir halda davamlı inkişaf və tərəqqiyə gətirib çıxara bilməz.

Nikol Paşinyan hakimiyyətinə yaxın mətbu orqanlarda sülh prosesinin yenidən kölgə altına salınmasına yönələn yanaşmalar isə prosesin qarşısında müəyyən siyasi maneələrin hələ də mövcud olduğunu göstərir.

Ermənistanın paytaxtı İrəvanda separatçıların iştirakı ilə yürüşün keçirilməsi, həmin aksiyada separatçı rejimin bayrağının qaldırılması və Azərbaycan əleyhinə şüarların səsləndirilməsi də diqqət çəkən məqamlardandır. Bu cür görüntülər Ermənistan cəmiyyətinin müəyyən hissəsində, eləcə də siyasi mühitdə sülh prosesinə münasibətdə ziddiyyətli yanaşmaların mövcudluğunu göstərir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü Bu gün, 21:48 ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu Bu gün, 21:48 Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək Bu gün, 21:48 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Bu gün, 21:48 UFO kimi qəbul edilən obyektlərin sirri: Əslində nə görürük? Bu gün, 21:48 Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi Bu gün, 21:48 Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır" Bu gün, 20:48 Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi Bu gün, 20:48 "Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq" Bu gün, 20:48 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı Bu gün, 20:48 Azərbaycan və Fransanın XİN başçıları görüşüb Bu gün, 20:48 Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ Bu gün, 20:48 Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır Bu gün, 20:48 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub Bu gün, 20:48 Qəzza ilə bağlı YENİ PLAN Bu gün, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Bu gün, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Bu gün, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Bu gün, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Bu gün, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Bu gün, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Bu gün, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Bu gün, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Bu gün, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Bu gün, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Bu gün, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Bu gün, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Bu gün, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Bu gün, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Bu gün, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Bu gün, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Bu gün, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Bu gün, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Bu gün, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Bu gün, 16:48 "Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb Bu gün, 16:48 Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır Bu gün, 16:48 "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib Bu gün, 16:48 "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib Bu gün, 16:48 Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü" Bu gün, 16:48 Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı Bu gün, 16:48 Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib Bu gün, 16:48 Qarabağda yeni iş yerləri - Maaşlar 2100 manata çatır Bu gün, 16:48 İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib Bu gün, 16:48 Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ Bu gün, 15:48 "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI Bu gün, 15:48 Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq? Bu gün, 15:48 MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR