
Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Məlumata görə, Sumqayıtdan Bakıya yola düşən qatarda sərnişinlərin sayı normadan artıq olub. Güclü sıxlıq səbəbindən vaqonlarda hərəkət etmək çətinləşib.
Paylaşılan görüntülərdə bəzi sərnişinlərin yer olmadığı üçün qatarın ayaqyolunda dayanmağa məcbur qaldığı görünür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.