
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax"a müsahibəsindən paylaşım edib.
BAKU.WS xəbər verir ki, post "Hacıyev "Newsmax"a: Tramp sülh yaradandır, İranla razılaşma mümkündür" başlığı ilə paylaşılıb.
Qeyd edək ki, Hikmət Hacıyev sözügedən nəşrə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan arasında sülh yönündə prosesindəki rolundan, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsindən bəhs edib.
O, həmçinin İranla bağlı diplomatik həll imkanlarına, Azərbaycan-İsrail əlaqələrinə, Rusiya-Ukrayna müharibəsinə və rəsmi Bakının bu məsələlərdə mümkün roluna toxunub. Hacıyev Azərbaycanın enerji imkanları və ABŞ ilə strateji tərəfdaşlığının perspektivləri barədə də fikirlərini bölüşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.