
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhətindən danışıb.
AVESTA.AZ xəbər verir ki, o "Space TV"də yayımlanan "1001 şou" proqramına açıqlamasında bildirib ki, ürəyində ciddi problemləri var:
"Dərs keçən zaman biraz əsəbiləşdim. Halım pisləşdi. Həkimlər müəyyən analizlər götürdü. Görünür ürəyimdə ciddi problemlərim var. Ürəyimin sürəti azalıb. Damarlarımda oksigen çatışmazlığı yaşanır".
Xatırladaq ki, aktyor ötən gün xəstəxanaya yerləşdirilib. Bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat yayıb.
"Aktyor Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib. Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir, oksigen çatışmazlığı var" -deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.