
"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.
AVESTA.AZ xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.