13-09-2024, 12:54 557

AZAL Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatorunu nümayiş etdirir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və ABŞ-nin “Boeing” şirkətinin birgə layihəsi çərçivəsində Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru vətəndaşlar və şəhərin qonaqları üçün nümayiş olunur.

“Report” xəbər verir ki, sentyabrın 15-nə kimi vətəndaşlar gün ərzində nümayiş simulyatorundan istifadə edə bilərlər.

“Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən qonaqlar ABŞ-nin “Boeing Field” aerodromuna “eniş edə” və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış ola bilərlər.

AZAL regionda “Dreamliner”i istismar edən ilk aviaşirkət olub və ötən il donanmasını genişləndirmək məqsədilə daha səkkiz “Boeing 787” təyyarəsini sifariş verib.

“Simulyator vasitəsilə belə bir müasir təyyarəni “idarə etmək” imkanını yaratmaqla Azərbaycanda yeni nəsil aviasiya həvəskarlarını ruhlandırmağa və sahəyə marağı artırmağa çalışırıq”, - deyə “Boeing”in Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi bildirib.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” yanacaq səmərəliliyi və sərnişinlər üçün rahatlığı ilə seçilən müasir geniş gövdəli təyyarələr seriyasıdır.

Bu seriyaya üç model daxildir: “Boeing 787-8” 248 sərnişin tutumuna və 13 min 530 km-ə qədər uçuş məsafəsinə malikdir. “Boeing 787-9” 296 sərnişin üçün nəzərdə tutulub və uçuş məsafəsi 14 min 10 km-ə qədərdir. “Boeing 787-10” isə 336 sərnişin daşıya, 11 min 730 km-dək məsafə qət edə bilir.

“Boeing 787” təyyarələrinin göyərtəsində sərnişinlərin yüksək rahatlığı hava rütubətinin və təzyiqinin aşağı hündürlüyə uyğun saxlanılması, daha yaxşı görüntü üçün böyük illüminatorlar, turbulentliyin təsirini azaldan innovativ texnologiyalar sayəsində təmin edilir.

“Boeing 787” təyyarələri yanacaq sərfiyyatını və emissiyaları köhnə modellərlə müqayisədə 25 % azaltmağa imkan verir.

Bu üstünlüklər sayəsində AZAL da daxil olmaqla, dünyanın 89 aviaşirkəti “Boeing 787” təyyarələrini həm mövcud, həm də yeni marşrutlarında istifadə edir. 2011-ci ildə istismara veriləndən sonra “Boeing 787” dünyada 400-dən çox yeni birbaşa marşrutun açılmasına və 919 milyondan artıq sərnişinin daşınmasına imkan yaradıb.

“Boeing” şirkəti “787” seriyası üçün 1 900-dən çox sifariş alıb. Sifarişlərin yarıdan çoxu “Azərbaycan Hava Yolları” kimi artıq donanmasında "787" seriyalı təyyarə olan aviaşirkətlərdən gəlib.

AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.

Paylaş

Xəbər lenti

Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı Bu gün, 15:48 BƏƏ İrana uçuşları dayandırdı – ABŞ sanksiyaları əsas gətirildi Bu gün, 15:48 58 yaşlı kişi gəncləşmək üçün Viyetnama getdi, tanınmaz hala düşdü Bu gün, 15:48 Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA Bu gün, 15:48 DİN-in duracaqlarında nəqliyyat vasitələrinin saxlanılmasının məbləği təsdiqlənib Bu gün, 15:48 Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var Bu gün, 15:48 Həkim səhər yeməyində bu qidalardan uzaq durmağı tövsiyə edib Bu gün, 14:48 "Dubl-Bom"un aparıcısı: "Bir dəfə məni avtobusda yatanda çəkib, verilişə göndərmişdilər" Bu gün, 14:48 "Formula-1": Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Bu gün, 14:48 Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır Bu gün, 14:48 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu Bu gün, 14:48 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı Bu gün, 14:48 Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər" Bu gün, 14:48 Zeynəb Xanlarova İtaliyada dincəlir Bu gün, 14:48 Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi Bu gün, 13:48 Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində Bu gün, 13:48 İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 "Yeraltı"nın aktrisası özünə 8 milyonluq cip aldı Bu gün, 13:48 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO Bu gün, 13:48 Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin serialı FİNAL EDİR Bu gün, 13:48 Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim" Bu gün, 13:48 AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir Bu gün, 13:48 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA Bu gün, 12:48 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq Bu gün, 12:48 Bakıda 51 min manatlıq oğurluq olub Bu gün, 12:48 Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim Bu gün, 12:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib Bu gün, 12:48 Naomi Kempbell Bakıda Bu gün, 12:48 Kriştiano Ronaldo: "Məni öldürmək istəyənlər var" Bu gün, 12:48 Motosiklet sürücülərinə qarşı REYD: 22 nəfər saxlanıldı Bu gün, 12:48 Türkiyədə 5,4 ballıq zəlzələ olub, yollarda çat əmələ gəlib Bu gün, 12:48 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb Bu gün, 11:48 Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 11:48 "Sabah"ın Çempionlar Liqasındakı oyunlarına 100 mindən çox bilet SATILDI Bu gün, 11:48 "Formula -1" "Sea Breeze"də keçirilə bilər Bu gün, 11:48 Almaz Ələsgərova: "Müğənniyə pis söz yazıb, təhqir edirlər, bunu özü qazanıb" Bu gün, 11:48 FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Psixoloq Ciqanın silahlı insidenti ilə bağlı iddia irəli sürdü Bu gün, 11:48 Ukrayna bu səbəbdən təxminən 4,5 milyard dollar itirib Bu gün, 11:48 "Azeri Light"ın qiyməti 121 dolları ötdü – bahalaşdı Bu gün, 10:49 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Bu gün, 10:49 IV Bakı Təhlükəsizlik Forumu keçirilib Bu gün, 10:49 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb Bu gün, 10:49 Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR Bu gün, 10:48 Rəqsanə İsmayılovaya ağır itki üz verdi Bu gün, 10:48 Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıdıb Bu gün, 10:48 Aktyordan "Kurtlar Vadisi" etirafı: "Biz bir şey izləyirdik, 3 gün sonra reallaşırdı" Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR