
Rusiyanın "Kalaşnikov" konserni ilk dəfə olaraq Azərbaycanda ən yeni avtomatlarını və "Kub" ailəsinə aid sursatlarını nümayiş etdirəcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı konsernin mətbuat xidməti yayıb.
Məlumata görə, 2026-cı ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq 6-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2026) 5.45 millimetrlik qısaldılmış "AK-12K" və kiçikölçülü "AK-12SK", həmçinin 7.62 millimetrlik qısaldılmış "AK-15K" və kiçikölçülü "AK-15SK" avtomatları sərgilənəcək.
Sözügedən tədbir çərçivəsində şirkət "Kub-2-E", "Kub-10E" və "Kub-10ME" sursatlarını da iştirakçılara təqdim edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.