
Nərimanovda tikinti işləri sakinlərin narazılığına səbəb olub.
BAKU.WS-in "qaynar xətt"inə Nərimanov rayonu, Ağaneymətulla küçəsi 79 ünvanında yaşayan sakinlərdən şikayət daxil olub.
Sakinlər bildirirlər ki, "Monaliza" restoranının yaxınlığında aparılan tikinti işləri ərazidə ciddi narahatlıq yaradıb. Vətəndaşlar gecə səs-küydən yata bilmirlər. Onların sözlərinə görə, tikinti səbəbindən ərazidə toz-torpaq çoxalıb, yağışlı havalarda isə küçələr palçığa çevrilir.
"Şikayətimizi eşidən yoxdur. Toz-torpaqdan, yağışda palçıqdan zülm çəkirik", – deyə sakinlər bildiriblər.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidəki vəziyyətin araşdırılmasını və problemin aradan qaldırılmasını xahiş edirlər.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.