Bu gün, 11:48 100

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

AVESTA.AZ xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Koxir Rasulzodanın Azərbaycana səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlət başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırlayıb.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni xatırladı.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğuladı.

Baş nazir Azərbaycanın "ASAN xidmət" modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə etdi.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirildi.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür etdi.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olundu. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Paylaş

Xəbər lenti

Azərbaycan vətəndaşları ən çox HANSI ÖLKƏLƏRƏ səfər ediblər? Bu gün, 12:48 Prezident İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib Bu gün, 12:48 Azərbaycanda iş rejimində DƏYİŞİKLİK: Tıxaclara təsir edəcək Bu gün, 12:48 Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 12:48 İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir" Bu gün, 12:48 Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək" Bu gün, 12:48 İlham Əliyev İrakli Kobaxidzeyə zəng edib Bu gün, 12:48 Sabah Bakıda 27 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyev: "Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" Bu gün, 12:48 Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başladı Bu gün, 12:48 Suriyalı nazir: "Suriya son 60 ildə əlaqə saxlamadığı dünya ilə yenidən əlaqə qurur" Bu gün, 12:48 İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib Bu gün, 12:48 Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər Bu gün, 12:48 Azərbaycanda hərbçilərin maaşları orta hesabla 22,8% artırılacaq – 550 milyon manat ayrılacaq Bu gün, 12:48 10 mindən çox yeni İŞ YERİ - Maaşlar yüksək olacaq Bu gün, 11:49 Mikayıl Cabbarov: "Azərbaycan qazı 16 ölkəyə, o cümlədən 10 Aİ ölkəsinə çatdırılır" Bu gün, 11:49 SOCAR: "Comstock Resources"la tərəfdaşlıq ABŞ enerji bazarında fəaliyyətimizi genişləndirəcək" Bu gün, 11:49 Mikayıl Cabbarov: "Son 5 il ərzində Azərbaycanda qeyri-neft sənayesində 50 faizlik artım qeydə alınıb" Bu gün, 11:49 Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT Bu gün, 11:49 Dron hücumu zamanı ölən azərbaycanlının nəşi vətənə gətirilir Bu gün, 11:49 Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı Bu gün, 11:49 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır Bu gün, 11:48 "Birliyin Gücü – 2026": Şərti düşmənin hava hədəflərinə zərbələr endirilib Bu gün, 11:48 İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib Bu gün, 11:48 "Card to card"a limit fonunda ödəniş kartlarının sayı yenidən artmağa başlayıb Bu gün, 11:48 Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi Bu gün, 11:48 Azərbaycan əsilli döyüşçü UFC-də debüt edəcək Bu gün, 10:48 "Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır Bu gün, 10:48 İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayır Bu gün, 10:48 Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib" Bu gün, 10:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Qazaxıstanda Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edilib Bu gün, 10:48 Azərbaycanlı aparıcı ailə qurdu Bu gün, 10:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb Bu gün, 10:48 Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib Bu gün, 10:48 Mikayıl Cabbarov: "Dayanıqlılığın da öz qiyməti var" Bu gün, 10:48 Şairdən ateistlərə ÇAĞIRIŞ: "Məndən yaxşı şeir yazan varsa, buyursun" Bu gün, 09:50 Bakı Bulvarında qiymətlər necə formalaşır? - RƏSMİ AÇIQLAMA Bu gün, 09:50 Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı nələr üzə çıxdı? Bu gün, 09:50 Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı Bu gün, 09:50 Bakıda Beynəlxalq İnvestisiya Forumu işinə başlayır Bu gün, 09:49 Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA Bu gün, 09:49 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb Bu gün, 09:49 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub Bu gün, 09:49 Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir Bu gün, 09:48 H&M Azərbaycanda ilk mağazasını 17 oktyabr 2026-cı ildə açacaq Bu gün, 09:48 Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR