
Rusiyada yaşayan Azərbaycan əsilli MMA döyüşçüsü Asəf Çopurov UFC ilə müqavilə imzalayıb. Onun dünyanın ən nüfuzlu MMA təşkilatlarından birində ilk döyüşünü oktyabrın 24-də keçirəcəyi gözlənilir.
BAKU.WS-in məlumatına görə, bu barədə "MMAJunkie" məlumat yayıb.
Bildirilir ki, Asəf Çopurovun UFC-də debütü Əbu-Dabidə keçiriləcək "UFC 333" turnirində baş tuta bilər. Döyüşçünün həmin gecə qarşılaşacağı rəqib isə hələ müəyyənləşməyib.
Çopurov peşəkar MMA karyerasında keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb. Onun 10 qələbəsi vaxtından əvvəl başa çatıb. O, həmçinin "UAE Warriors" təşkilatının ən yüngül çəki dərəcəsində çempion tituluna sahibdir.
Peşəkar karyerasına başlamazdan əvvəl 35 həvəskar döyüş keçirən Çopurov bu qarşılaşmaların 34-də qalib gəlib.
Asəf Çopurovun adı hazırda UFC-nin ən yüngül çəki dərəcəsində çempion olan Pyotr Yanla da bağlıdır. O, çempionun əsas sparrinq tərəfdaşlarından biri hesab olunur.
Qeyd edək ki, "UFC 333" turnirində Pyotr Yan titulunu gürcüstanlı keçmiş çempion Merab Dvalişviliyə qarşı müdafiə edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.