
"2023-cü ilin aprelində Laçında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın sərhədlərinə nəzarət təmin olundu".
Bu barədə politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bununla da Ermənistan tərəfindən bölgəyə silah-sursat keçirilməsinin qarşısı alınıb.
"Bölgədə təxribatların qarşısı alındı. Bundan sonra onlar növbəti təxribata əl atmaq istədilər. Dünyaya car çəkdilər ki, guya bölgədə humanitar fəlakət hökm sürür.
Ermənistan yalan üzərində qurduğu hesabatlarla Azərbaycanı çətin vəziyyətə salmağı planlaşdırırdı. Fransa Parlamenti də bu məsələdə ermənilərə dəstək nümayiş etdirdi.
Onların əsas məqsədi keçiriləcək qondarma seçkiyə legitimlik qazandırmaq və Ermənistanın silahlı yardımını Qarabağ ermənilərinə çatdırmaq idi", – deyə siyasətçi vurğulayıb.
Ekspert bildirib ki, Azərbaycan dövləti bu cəhdlərin də qarşısını uğurla alıb:
"İlk növbədə ərazidə "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi quruldu və nəzarət gücləndirildi. Daha sonra bölgəyə humanitar yardımlar göndərildi.
Humanitar yardım təşkilatlarının da bölgədə rolunun aktivləşdirilməsi üçün şərait yaradıldı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin fəaliyyəti üçün imkan yaradıldı".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.