
Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, Hindarx qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobillə "VAZ - 2107" markalı minik maşını toqquşub.
Qəza nəticəsində iki qardaş, Göyük kənd sakinləri, Novruz Cəfərov və Tələt Cəfərov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.