
Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
“AVESTA.AZ” “Anadolu”ya istinadən xəbər verir ki, olay Kayseri-Malatya yolunun 60-cı kilometrliyində baş verib.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Pınarbaşındakı xəstəxanalara qaldırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.