
Misli Premyer Liqasının VIII turunda keçiriləcək "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirilib.
AVESTA.AZ xəbər verir ki, qərar "Turan Tovuz"un Peşəkar Futbol Liqasına müraciəti və "İmişli"nin razılığı nəzərə alınaraq qəbul edilib.
Buna səbəb oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan" VK - "Mladost" (Xorvatiya) qarşılaşmasının keçirilməsidir.
PFL ölkəmizdə keçiriləcək Çempionlar Liqası matçının daha yaxşı təşkil olunmasını nəzərə alaraq "Turan Tovuz" və "İmişli" futbol komandaları arasında 1-ci və 2-ci dövrədə keçiriləcək oyunların yerini dəyişib.
Beləliklə, Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz" - "İmişli" oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.
18-ci turda baş tutmalı olan "İmişli" - "Turan Tovuz" qarşılaşması isə Tovuzda oynanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.