
"Bakı Metropoliteni" QSC-nin əsas missiyası şəhərin nəqliyyat ehtiyaclarının qarşılanması və sərnişinlərə təhlükəsiz, rahat və səmərəli xidmətin göstərilməsidir. Bu baxımdan həyata keçirilən tədbirlərin başlıca məqsədi əlavə gəlir əldə etmək deyil, sərnişin axınının xətlər və stansiyalar üzrə düzgün istiqamətləndirilməsi, yüklənmənin balanslaşdırılması və sıxlığın operativ şəkildə azaldılmasıdır".
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib
Qeyd edilib ki, xətlərin ayrılması ilə bağlı yanaşmanın da əsasını sərnişinlərin hərəkətinin daha səmərəli təşkili, stansiyalara giriş-çıxışın rahatlaşdırılması və daşımaların keyfiyyətinin yüksəldilməsi təşkil edir:
"Buna görə də görülən tədbirlərin nəticələri qiymətləndirilərkən, ilk növbədə, onların sərnişinlərə və nəqliyyat xidmətinin keyfiyyətinə təsiri əsas götürülür.
Mövcud göstəricilər əsasında "Xocəsən" və "Avtovağzal" stansiyalarında gündəlik sərnişin axınının təxminən 23 min nəfər səviyyəsində olacağı gözlənilir.
Layihənin icrası müddətində daşımada müşahidə edilən azalma səbəbilə gəlir itkisinin təsirlərinin yumşaldılması məqsədilə xərclərin optimallaşdırılması və müvafiq subsidiyalaşdırma mexanizmlərinin tətbiqi nəzərdə tutulur".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.