
Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 14:19-da, Bakı vaxtı ilə 15:19-da qeydə alınıb. Yeraltı təkanların ocağı 7,99 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Mersin, Qaziantep, Kilis və Osmaniye vilayətlərində də hiss olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.