21-11-2026, 23:48 353

İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar

Yasamal Rayon İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub.

AVESTA.AZ Ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elşad Həsənov bununla bağlı müvafiq əmrlər imzalayıb.

Belə ki, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv olunaraq onların əsasında Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. İcra başçısının müavini Təravət Muradova həmin şöbəyə müdir təyin olunub. O, hər iki vəzifəni icra edəcək.

Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi daxilində isə 3 sektor - Ərazi-təşkilat məsələləri sektoru, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru və İctimai-siyasi və humanitar məsələlər sektoru yaradılıb.

Cəmil Qarayev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad olunub və yeni yaradılan Ərazi-təşkilat məsələləri sektorunun müdiri və yeni şöbənin müdir müavini olub.

Ləğv olunan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elnur Tağıyev Ərazi-təşkilat məsələləri sektorunda böyük məsləhətçi olub, Gülşən Hüseynova isə baş məsləhətçi vəzifəsində qalıb.

Eyni zamanda, ləğv olunan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nazilə Rəhimova Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi təyin olunub.

Ləğv olunan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Əhmədov İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi, bir digər baş məsləhətçi Cavid Şıxcəfərli isə aparıcı məsləhətçi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu olub.

Bundan başqa, ləğv olunan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini və Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri təyin olunub. Ləğv olunan şöbənin böyük məsləhətçisi Tural Əsgərov Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi olub. Ləğv olunan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin digər böyük məsləhətçisi Azər Həsənov Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsinə gətirilib.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, Rayon təsərrüfatı şöbəsi və İnformasiya təminatı və təhlili sektoru ləğv olunaraq Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi yaradılıb. Yeni şöbənin tərkibində isə Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru və Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru yaradılıb. Yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyinat olmayıb.

Ləğv olunan İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müavini təyin olunub.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Tural İsayev Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi, əhali ilə görüşlərin təşkilatçısı olub. İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Aytək Babayeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mehman Muxtarov yeni sektorda aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar. Ləğv olunan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Dəstanə Nəsirova Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi, operatoru olub.

Ləğv olunan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Elnur Əliyev vəzifəsindən azad olunub.

Yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri və baş memar vəzifəsinə isə Eyvaz Bağırov təyin olunub. O, daha əvvəl Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi, memarı olub.

Ləğv olunan Rayon təsərrüfatı şöbəsinin müdiri Xaliq Möhbalıyev vəzifəsindən azad olunub. Eyni şöbənin baş məsləhətçiləri Ümid Əsgərov və Rasim Əliyev Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda böyük məsləhətçi və baş məsləhətçi təyin olunublar.

Eyni zamanda, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə müdir vəzifəsinə ləğv olunan şöbənin müdiri Elnurə Mansurova təyin olunub.

Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin tərkibində isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru və İnzibati işlər sektoru yaradılıb.

Ləğv olunan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elnur Abbaszadə vəzifəsindən azad olunaraq yeni yaradılan Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoruna müdir təyin olunub.

Ləğv olunan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçiləri Aytən Sultansoy və Şəbnəm Namazova yeni yaradılan şöbədə məsləhətçi təyin olunublar. Şöbənin bir digər məsləhətçisi Günay Ələkbərova isə vəzifəsindən azad olunub.

Yeni yaradılan İnzibati işlər sektoruna müdir, baş mühasib vəzifəsinə isə daha əvvəl də bu vəzifəni icra etmiş Aygün Qəribova gətirilib. Sözügedən sektora aparıcı məsləhətçi, mühasib vəzifəsinə isə Esmira İbrahimova təyin olunub.

Son olaraq, Hüquq şöbəsi ləğv olunaraq Hüquq və kadr məsələləri sektoru yaradılıb. Ləğv olunan Hüquq şöbəsinin müdiri Sabir Tahirzadə yeni sektorun müdiri təyin olunub.

Ləğv olunan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Lalə Ağayeva Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi olub.

Sözügedən sektorda digər məsləhətçi isə keçmiş Hüquq şöbəsinin məsləhətçisi Qızqayıt Quliyeva olub.

Bundan başqa, İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi Emin Babayev və eyni komissiyanın uşaqlarla iş üzrə psixoloqu, aparıcı məsləhətçisi vəzifəsindən azad olunublar.

Paylaş

Xəbər lenti

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Dünən, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Dünən, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Dünən, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Dünən, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Dünən, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Dünən, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Dünən, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Dünən, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Dünən, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Dünən, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Dünən, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Dünən, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Dünən, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Dünən, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Dünən, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Dünən, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Dünən, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Dünən, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Dünən, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Dünən, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Dünən, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Dünən, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Dünən, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Dünən, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Dünən, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Dünən, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Dünən, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR