Bu gün, 16:48 82

Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub

Azercell-in baş icraçı direktoru Zərinə Zeynalova Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.

Görüş Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsindən sonra Baş katibin ölkəmizə səfəri çərçivəsində baş tutub. Azərbaycanın rəqəmsal ekosisteminin əsas qüvvələrindən biri olan Azercell ölkənin rəqəmsal inkişafı, qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrə qoşulub.

Azərbaycanın DCO-ya üzv olması rəqəmsal sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin Qafqaz, Mərkəzi Asiya və digər bazarları birləşdirən regional rəqəmsal mərkəz kimi mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımdır. Bu baxımdan görüşdə telekommunikasiya şirkətlərinin dəyişən rolu, rəqəmsal xidmətlərin, data və süni intellektin inkişafı ilə sektor üçün yaranan yeni imkanlar müzakirə olunub.

Zərinə Zeynalova gələcəyin tələblərinə cavab verən rəqəmsal ekosistemin qurulmasına dair Azercell-in baxışını təqdim edib. Z. Zeynalova bildirib ki, şirkət ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, rəqəmsal xidmətlər, data və süni intellekt istiqamətlərini də ardıcıl şəkildə inkişaf etdirir. Azercell-in hədəfləri artıq yalnız bağlantı və rəqəmsallaşma ilə məhdudlaşmır. Şirkət süni intellektin getdikcə daha böyük rol oynadığı iqtisadiyyatın tələblərinə uyğun yeni imkanlar yaratmağı, zəruri bilik və bacarıqları inkişaf etdirməyi və bununla Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyir.

Görüşdə süni intellektin məsuliyyətli tətbiqi və insan kapitalının inkişafı da əsas müzakirə mövzuları sırasında olub. Qeyd olunub ki, süni intellektin uğurlu tətbiqi yalnız texnoloji həllərin yaradılması ilə məhdudlaşmır. Bunun üçün güclü texnoloji və data infrastrukturu, yeni həllərin məsuliyyətli tətbiqi, eləcə də insan kapitalının bilik və bacarıqlarının davamlı inkişafı böyük əhəmiyyət kəsb edir.

Qadınların texnologiya və rəqəmsal iqtisadiyyatın formalaşmasındakı rolu görüşün digər mühüm mövzularından biri olub. Müzakirələr zamanı qadınların yalnız texnologiyadan istifadə edən deyil, həm də onu yaradan, texnoloji şirkətlərin idarə olunmasında iştirak edən və rəqəmsal gələcəyi müəyyən edən qərarların qəbulunda fəal iştirakının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın rəqəmsal inkişaf hədəflərinə nail olmaq üçün zəruri bacarıq və istedad potensialının inkişaf etdirilməsində dövlət və özəl sektor, texnologiya şirkətləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Paylaş

Xəbər lenti

Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Bu gün, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Bu gün, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Bu gün, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Bu gün, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Bu gün, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Bu gün, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Bu gün, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Bu gün, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Bu gün, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Bu gün, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Bu gün, 17:48 Ayaqüstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Bu gün, 17:48 Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi Bu gün, 17:48 Sumqayıtda tikilidə yanğın baş verib Bu gün, 16:48 İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 16:48 Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik Bu gün, 16:48 75 yaşlı aktyor xəstəxanaya yerləşdirildi Bu gün, 16:48 Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb Bu gün, 16:48 İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb Bu gün, 16:48 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm" Bu gün, 16:48 "Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib Bu gün, 16:48 Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 16:48 1870 tələbə əlavə müsabiqə ilə ödənişsiz təhsil hüququ qazanıb Bu gün, 16:48 Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi Bu gün, 16:48 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" Bu gün, 16:48 Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq Bu gün, 15:48 Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı Bu gün, 15:48 London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb Bu gün, 15:48 Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək - YENİ QAYDA Bu gün, 15:48 Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək" Bu gün, 15:48 Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib Bu gün, 15:48 Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır" Bu gün, 15:48 Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır Bu gün, 15:48 Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK Bu gün, 15:48 Nicat Rəhimov: "Bizdən sonra aktyor görmürəm" Bu gün, 15:48 Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur Bu gün, 15:48 Azərbaycana məğlub oldu deyə istefaya göndərdi Bu gün, 15:48 Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO Bu gün, 15:48 Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb Bu gün, 15:48 Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi Bu gün, 14:48 "Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib Bu gün, 14:48 Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb Bu gün, 14:48 Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı Bu gün, 14:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb Bu gün, 14:48 "44" bədii filminin daha bir tizeri yayımlanıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR