
Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyindən (DMA) məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-ci il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.