Bu gün, 20:48 79

Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi

Bakıda 30 il əvvəl taksi sürücüsünü qətlə yətirməkdə təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmivun sədrliyi ilə keçirilən baxış iclası təqsirləndirilən Hidayət Qafarovun ifadəsi ilə davam edib:

"Həmin gün "Neftçilər" ərazisi istiqamətində yeyib-içdik. İkimiz də bərk sərxoş olmuşduq. Taksini tapanda Şahin dedi ki, ağsaqqalsan, keç qabaqda otur. Sürücünü öldürmək fikri Şahindən gəldi. Artıq şəhərdən çıxmışdıq. Maşın dayananda Şahin ipi qəfil sürücünün boğazına keçirib xirtdəyindən sıxmağa başladı. Sürücü çabalayaraq xırıldamağa başladı və çox keçmədən də öldü. Onun ayağından tutub aparmaqda Şahinə kömək etmişəm. Polisə Şahinin qorxusundan xəbər vermədim ki, dəlinin biridir, sonra gəlib ailəmə xəsarət yetirər".

Zərərçəkənin hüquqi varisi, öldürülənin həyat yoldaşı Gülməmməd Bayramovun təbiətən çox sakit insan olduğunu bildirib:

"Gülməmməd çox sakit və ailəcanlı bir insan idi. Fövqəladə Hallar Nazirliyində işləyirdi, artıq qalan zamanında sürücülük edirdi. Hörmətli məhkəmə, sizdən xahişim budur ki, onlara ən ağır cəzanı təyin edəsiniz".

Zərərçəkənin hüquqi varisi daha sonra məhkəməyə 150 min manat təzminat tələbi ilə mülki iddia ərizəsi təqdim edib.

Növbəti iclas noyabrın 11-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olaraq 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri "Neftçilər" metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması, əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Qarabağın gələcək ulduzları necə yetişirlər? Bu gün, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Bu gün, 21:48 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 21:48 Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib Bu gün, 21:48 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Bu gün, 21:48 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir Bu gün, 21:48 Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Bu gün, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Bu gün, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Bu gün, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Bu gün, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Bu gün, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Bu gün, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Bu gün, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Bu gün, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Bu gün, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Bu gün, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Bu gün, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Bu gün, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Bu gün, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Bu gün, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Bu gün, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Bu gün, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Bu gün, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Bu gün, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Bu gün, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Bu gün, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Bu gün, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Bu gün, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Bu gün, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Bu gün, 17:48 Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma Bu gün, 17:48 Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır Bu gün, 17:48 Qazaxıstan Prezidenti Azərbaycana gəlib Bu gün, 17:48 Polkovnik-leytenantın ölümünün təfərrüatı: Restoranda yıxılıb, başı betona dəyib Bu gün, 17:48 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır Bu gün, 17:48 Laos AQEM-ə üzv qəbul edilib Bu gün, 16:48 Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Bu gün, 16:48 Bakıda NATO təlimləri keçirilib Bu gün, 16:48 Alpay 91 yaşında vəfat etdi Bu gün, 16:48 Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi Bu gün, 16:48 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib Bu gün, 16:48 Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb Bu gün, 16:48 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Bu gün, 16:48 Konqo Demokratik Respublikasında Ebola virusundan 4 381 nəfər ölüb Bu gün, 16:48 Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR