
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə həmin ölkənin hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstanın əlverişli investisiya mühiti, iqtisadi potensialı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər Gürcüstanın strateji coğrafi mövqeyini və Orta Dəhlizin Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə əməkdaşlığın inkişafı xarici investorlar üçün əlavə imkanlar yarada bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.