Bu gün, 15:48 63

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

Azərbaycanın Baş prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə cinayət işi açıb, onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və C. Çiftçi beynəlxalq axtarışa elan edilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, Baş Prokurorluqdan daxil olan məlumatlara əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

Bildirilib ki, araşdırma zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycanda hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.

Toplanmış materiallar əsasında Azərbaycan Baş prokuroru tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.

Paylaş

Xəbər lenti

160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48 İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48 Kosmosda yadplanetli həyatın izlərini aşkarlayan yeni test hazırlanıb Bu gün, 13:48 Küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə I oxunuşda qəbul edilib Bu gün, 13:48 Meksikada "beyin yeyən amöb" aşkarlanıb: Altı süni göl bağlandı Bu gün, 13:48 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu Bu gün, 13:48 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb Bu gün, 13:48 Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub Bu gün, 12:48 Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq Bu gün, 12:48 Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ Bu gün, 12:48 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA Bu gün, 12:48 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib Bu gün, 12:48 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək Bu gün, 12:48 Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb Bu gün, 12:48 Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib Bu gün, 12:48 Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi Bu gün, 12:48 AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir" Bu gün, 12:48 Simonyan: "Bakı ilə Kərki barədə danışıqlar aparırıq" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR