
Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb.
AVESTA.AZ xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.
Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub.
Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.