
Əllərin istirahət vəziyyətində titrəməsi və yazı xəttinin dəyişməsi Parkinson xəstəliyinin erkən əlamətləri ola bilər. Lakin bu simptomların olması öz-özlüyündə xəstəliyin mövcudluğunu təsdiqləmir.
BAKU.WS xəbər verir ki, bu barədə "SM-Klinika"nın nevroloqu Artyom Barışev RT-yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, Parkinson xəstəliyinin xarakterik əlamətlərindən biri əl istirahətdə olarkən yaranan ritmik titrəmədir. Bununla yanaşı, hərəkətlərin yavaşlaması, əzələlərdə sərtlik və yeriyərkən qollardan birinin hərəkət amplitudasının azalması da diqqət tələb edir.
Nevroloq qeyd edib ki, gündəlik hərəkətlərin getdikcə çətinləşməsi də xəbərdaredici əlamət ola bilər. Məsələn, insan xırda əşyalarla işləməkdə çətinlik çəkə, geyinərkən əvvəlkindən daha yavaş hərəkət edə və hərəkətlərində sərbəstliyi itirə bilər.
Bildirilib ki, əllərin titrəməsi və yazı yazmaqda çətinlik müxtəlif səbəblərdən yarana bilər. Buna görə diaqnoz yalnız bir əlamət əsasında qoyulmamalı, davamlı və artan simptomlar müşahidə edildikdə nevroloqa müraciət olunmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.