
Müğənni İlkin Dövlətov yeni layihəsini sevənlərinin ixtiyarına verib.
BAKU.WS xəbər verir ki, sənətçi "Səhra Çiçəyi" adlı yeni mahnısını və eyniadlı klipini təqdim edib.
Mahnının sözləri və musiqisi Rabil Səfərliyə məxsusdur.
Ekran işinin çəkilişləri isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində aparılıb. Klipin rejissorluğu və montajı Sadiq Hajiyə həvalə olunub.
"Səhra Çiçəyi" bütün rəqəmsal musiqi platformalarında dinləyicilərin istifadəsinə verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.