Bu gün, 10:48 80

Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb?

Bakıda yerləşən Yaşıl bazarda amerikalı turistə təbii kürü əvəzinə süni məhsul satıldığı iddia edilir.

Baku TV-nin məlumatına görə, amerikalı turist aldığı kürünün saxta olduğunu hotelə qayıtdıqdan sonra aşkar etdiyini bildirib. Onun sözlərinə görə, bazarda məhsulun dadına baxıb bəyəndikdən sonra alış-veriş edib. Lakin hoteldə bankanı açarkən kürünün plastikdən hazırlandığını düşündüyünü deyib.

Turist iddia edib ki, məhsulu qaytarmaq üçün yenidən mağazaya müraciət edib. Bu dəfə ona başqa kürü verilsə də, çəkidə aldadıldığını və bankadakı məhsulun miqdarının az olduğunu bildirib.

Məsələ ilə bağlı satıcı da danışıb. O, turistin bazarda kürünün dadına baxdığını və məhsulu bəyəndikdən sonra aldığını deyib. Satıcının sözlərinə görə, turist məhsuldan narazı qaldıqdan sonra geri qayıdıb və ona əvəzində başqa kürü verilib. O, ikinci dəfə məhsula görə əlavə pul almadığını, turistin çəkidə aldadılması iddiası ilə razılaşmadığını bildirib.

Satıcı satışda olan kürünün təbii olduğunu deyərək məhsula aid sənədləri də təqdim edib. Bununla belə, tərəflərin iddialarının doğruluğunu təsdiqləyən müstəqil ekspertiza nəticəsi təqdim olunmayıb.

Süni kürü bəzi hallarda təbii kürüyə bənzədiyindən istehlakçılara həqiqi məhsul adı ilə təqdim edilə bilər. Xüsusilə kürü haqqında kifayət qədər məlumatı olmayan alıcılar bu fərqi müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, cari il ərzində 10 ərzaq bazarında, səkkiz ticarət obyektində, 14 idxalçı anbarında və 63 ictimai iaşə obyektində monitorinqlər keçirilib. Yoxlamalar zamanı yararlılıq müddəti bitmiş məhsulların satışı, eləcə də süni kürünün təbii kürü adı altında təqdim edilməsi halları aşkarlanıb.

Süni kürü jelatin, yosun ekstraktları, nişasta, boya maddələri, bitki yağları və müxtəlif dadlandırıcılar vasitəsilə hazırlana bilər.

Mütəxəssislər bildirirlər ki, təbii kürünün dənəcikləri balığın növündən asılı olaraq rəng və ölçü baxımından fərqlənə bilər. Süni kürüdə isə dənəciklər çox vaxt daha eyni formalı və rəngli olur. İstehlakçılara kürünü alarkən məhsulun etiketinə, istehsalçı məlumatlarına, mənşəyinə, uyğunluq sənədlərinə və saxlanma şəraitinə diqqət yetirmək tövsiyə olunur.

Paylaş

Xəbər lenti

Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR