
Müğənni İlqarə Kazımova "Qoy sevməsin heç" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
AVESTA.AZ xəbər verir ki, mahnının söz və musiqisi Fərid Kərimliyə aiddir.
Musiqi prodüseri Samir Sultanov, vokal prodüseri isə İsmayıl Əsədovdur.
Sevgi mövzusuna həsr olunan mahnı artıq rəqəmsal musiqi platformalarında dinləyicilərə təqdim edilib.
Xatırladaq ki, İlqarə Kazımova "Qoy sevməsin heç" mahnısını ilk dəfə eksklüziv olaraq doğum günü mərasimində ifa edib.
Bu gün isə mahnının rəsmi təqdimatı baş tutub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.