
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
***09:50
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.