
Türkiyənin Antalya şəhərindən Moskvaya uçan "Corendon Airlines" aviaşirkətinə məxsus təyyarə dron hücumu təhlükəsi səbəbindən Sankt-Peterburqa yönləndirilib. Sərnişinlər hazırda Pulkovo hava limanında gözləyirlər.
BAKU.WS xəbər verir ki, XC9306 reysinin sərnişinlərinin sözlərinə görə, təyyarə Türkiyədən saat 21:20-də havaya qalxıb və Moskvanın Şeremetyevo hava limanında tətbiq edilən məhdudiyyətlərdən sonra gecə saat 02:00 radələrində Pulkovo hava limanına enib.
Lakin Sankt-Peterburq və Leninqrad vilayətində də dron hücumu təhlükəsi elan edildiyindən hava limanının fəaliyyətinə məhdudiyyətlər qoyulub. Sərnişinlər təxminən üç saat təyyarədə qaldıqdan sonra səhər saat 05:00-da düşə biliblər.
Məlumata görə, sərnişinlər hazırda hava limanında növbəti məlumatı gözləyirlər. Onların bəziləri yerdə və baqaj lentlərinin üzərində oturub, çamadanlar isə təyyarədə qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.