
Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt" hərbi bazasında baş verən partlayış və yanğın nəticəsində azı yeddi nəfər ölüb, onlarla insan yaralanıb.
BAKU.WS xəbər verir ki, "Global News" telekanalının yaydığı məlumata görə, hadisə atəş təlimləri zamanı baş verib. İlkin ehtimallara əsasən, təlimlər zamanı bazanın ərazisindəki qaz kəməri zədələnib və bu, partlayışa, daha sonra isə yanğına səbəb olub.
Bildirilib ki, Alberta əyalətində əsən güclü külək alovun daha sürətlə yayılmasına şərait yaradıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.