
Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ağciyərindəki kütlənin çıxarılması üçün keçirdiyi əməliyyatdan sonra Romadakı Gemelli Xəstəxanasından evə buraxılıb.
BAKU.WS xəbər verir ki, oktyabrın 13-də əməliyyat olunan papanın səhhəti ilə bağlı Vatikanın Mətbuat Xidməti açıqlama yayıb.
Bildirilib ki, qan analizləri, döş qəfəsinin rentgen müayinəsi və klinik vəziyyətinin qiymətləndirilməsindən sonra onun xəstəxanadan çıxmasına qərar verilib.
Papa XIV Leonun ənənəvi bazar duasını bu gün Vatikandakı Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən etməsi planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.