
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) infrastruktur fondlarına investisiyaları 794,598 milyon manat təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, fondun illik hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,3 dəfə çoxdur.
İl ərzində infrastruktur fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 0,3 %-dən 0,6 %-ə yüksəlib.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.