Bu gün, 18:48 91

Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib

Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

Bu barədə AVESTA.AZ-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.

Bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

*İbtidai istintaqın müəyyən etdiyi hallar:*

İbtidai istintaq zamanı əldə edilmiş sübutlara əsasən, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, həmin çıxış və paylaşımlar yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır, onların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.

Bu əməllərin hüquqi qiymətləndirilməsi zamanı yayılmış materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.

*İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyə Respublikasında yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər:*

1. 1961-ci il təvəllüdlü, "Haksöz" jurnalı və "Haksöz Haber" internet resursunda müəllif kimi fəaliyyət göstərən *Rıdvan Kaya;*

2. 1981-ci il təvəllüdlü, "Köklü Değişim" nəşrində yazıçı, "Değişim TV"nin aparıcısı *Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);*

3. 1976-cı il təvəllüdlü, "Analiz Merkezi" internet resursunun təsisçisi və "Fatih Tezcan"la Analiz Merkezi" proqramının müəllifi *Fatih Tezcan;*

4. 1971-ci il təvəllüdlü, "Ahmet Şanlı Hukuk Bürosu"nun rəhbəri *Ahmet Şanlı;*

5. 1971-ci il təvəllüdlü araşdırmaçı *Fahrettin Taşkaya Saral;*

6. 1975-ci il təvəllüdlü, "Abdurrahman Tumer" adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;

7. moderator və idmançı kimi fəaliyyət göstərən *Alparslan Tanrıkulu*

tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində "X", "Facebook", "İnstagram", "YouTube", "TikTok" sosial şəbələləri və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq materiallarına əsasən *Rıdvan Kaya* 3 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, *Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan)* isə 13 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.

*Həyata keçirilən prosessual tədbirlər:*

İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyə Respublikasının və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.

*Baş Prokurorluqdan çağırış*

Baş Prokurorluq bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur. Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.

İnternet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır, şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcəkdir.

Paylaş

Xəbər lenti

"Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Bu gün, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Bu gün, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Bu gün, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Bu gün, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Bu gün, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Bu gün, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Bu gün, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Bu gün, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Bu gün, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Bu gün, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Bu gün, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Bu gün, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Bu gün, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Bu gün, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq? Bu gün, 17:48 "Prior Lizinq" Balakəndə yeni filial açıb: Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda Bu gün, 17:48 NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir Bu gün, 17:48 Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb Bu gün, 17:48 Azərbaycan Mərkəzi Bankı Slovakiya Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb Bu gün, 17:48 Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər Bu gün, 17:48 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb Bu gün, 17:48 NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib Bu gün, 17:48 İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək Bu gün, 17:48 DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb Bu gün, 17:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB Bu gün, 16:48 Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO Bu gün, 16:48 Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq Bu gün, 16:48 İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib Bu gün, 16:48 Restoranda ona göndərilən qeydi yaydı: "Qonaqlarımız getməzdən əvvəl... " Bu gün, 16:48 Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir" Bu gün, 16:48 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb Bu gün, 15:48 Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA Bu gün, 15:48 Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK? Bu gün, 15:48 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb Bu gün, 15:48 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar Bu gün, 15:48 Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb Bu gün, 15:48 İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı Bu gün, 15:48 İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur Bu gün, 15:48 Siqaretə ən çox pul hansı bölgədə xərclənir? – Bakı deyilmiş... Bu gün, 15:48 Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib Bu gün, 14:48 "Yaprak Dökümü"nün aktyoru: "Ölüm səhnəsinə çəkilərkən, gülürdük" Bu gün, 14:48 Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq Bu gün, 14:48 Paytaxtın bu hissəsində qaz təchizatında fasilə yaranacaq Bu gün, 14:48 ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb Bu gün, 14:48 Bir qrup energetik təltif edilib - Sərəncam Bu gün, 14:48 Türkiyəli partiya sədrindən Azərbaycana böhtan atanlara sərt cavab Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR