Bu gün, 15:48 64

Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb

İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında qeyd edilib.

Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində əsas plenar iclasda və "Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik – iki əsas sütun" mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib.

Çıxışlarda Y. Rəfiyev tərəfindən regionda baş verən hərbi qarşıdurmalar və artan gərginlik və dünyada İslamofobiya trendinin yüksəlməsi ilə bağlı narahatlıq ifadə edilib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Fələstin məsələsi, eləcə də ölkəmizin qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunulub.

Sessiyanın yekununda siyasi, iqtisadi, humanitar-mədəni və bir sıra digər istiqamətlərlə bağlı qətnamələr, habelə Bağdad Bəyannaməsi qəbul edilib.

Sessiyanın Azərbaycan üçün əsas əlamətdar nəticələrindən biri İƏT XİNŞ tərəfindən ölkəmizlə bağlı ənənəvi əsasda qəbul edilən dörd qətnamənin ("Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması", "Azərbaycan Respublikasına iqtisadi yardım", "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi" və "1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik") müvafiq yenilikləri əks etdirməklə yenidən qəbul edilməsi və Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bəndin əks olunması olub.

Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir. İşğaldan azad edilmiş ərazılərin bərpası və yenidən qurulması səylərində Azərbaycan Respublikası Hökuməti və xalqı ilə həmrəylik ifadə edilir, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün İƏT üzv dövlətlərinə çağırış edilir.

Bununla yanaşı, sessiya çərçivəsində baş tutmuş müvafiq səsvermənin nəticələrinə əsasən Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilib.

Tədbir çərçivəsində Y.Rəfiyev ilə Qambiyanın xarici işlər naziri Serinq Modu Njiye, Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyin Bəhr Əl-Ulum arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə İƏT çərçivəsində bu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.

Paylaş

Xəbər lenti

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB Bu gün, 16:48 Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO Bu gün, 16:48 Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq Bu gün, 16:48 İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib Bu gün, 16:48 Restoranda ona göndərilən qeydi yaydı: "Qonaqlarımız getməzdən əvvəl... " Bu gün, 16:48 Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir" Bu gün, 16:48 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb Bu gün, 15:48 Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA Bu gün, 15:48 Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK? Bu gün, 15:48 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb Bu gün, 15:48 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar Bu gün, 15:48 Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb Bu gün, 15:48 İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı Bu gün, 15:48 İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur Bu gün, 15:48 Siqaretə ən çox pul hansı bölgədə xərclənir? – Bakı deyilmiş... Bu gün, 15:48 Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib Bu gün, 14:48 "Yaprak Dökümü"nün aktyoru: "Ölüm səhnəsinə çəkilərkən, gülürdük" Bu gün, 14:48 Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq Bu gün, 14:48 Paytaxtın bu hissəsində qaz təchizatında fasilə yaranacaq Bu gün, 14:48 ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb Bu gün, 14:48 Bir qrup energetik təltif edilib - Sərəncam Bu gün, 14:48 Türkiyəli partiya sədrindən Azərbaycana böhtan atanlara sərt cavab Bu gün, 14:48 Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir Bu gün, 14:48 Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub Bu gün, 14:48 Murat Boz: "Pul qazanmaq asan deyil!" Bu gün, 13:48 Türkiyədə seldən ölənlərin sayı 9-a çatdı Bu gün, 13:48 Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub Bu gün, 13:48 Qəza siqnalı verən Rusiya təyyarəsi təcili eniş etdi Bu gün, 13:48 Bu kənddə yeni elektrik şəbəkəsi qurulacaq - 3,5 milyonluq LAYİHƏ Bu gün, 13:48 Novruz bayramı günü bibisinin oğlunu öldürdü Bu gün, 13:48 Tramp Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlara görə tənqid edib Bu gün, 13:48 Gülben Ergen bu tarixdə BAKIYA GƏLİR Bu gün, 13:48 Torpaq və mənzillər BAHALAŞIR: İlin sonuna qədər qiymətlər nə qədər QALXACAQ? Bu gün, 13:48 Nadir rast gəlinən xərçəng növləri açıqlanıb Bu gün, 13:48 Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb Bu gün, 13:48 Məktəb direktorunun maşınının qəsdən yandırılması ilə bağlı bir nəfər də həbs olundu Bu gün, 12:48 Qasım Bayramova Naxçıvanda vəzifə verildi Bu gün, 12:48 Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu Bu gün, 12:48 Koutinyo "Liverpul"dan ayrılmağı karyerasının ən böyük səhvi hesab edir: Klopp ona nə deyib? Bu gün, 12:48 Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı Bu gün, 12:48 Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb Bu gün, 12:48 Sabah rayonlara yağış yağacaq - Proqnoz Bu gün, 12:48 Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi Bu gün, 11:48 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə Bu gün, 11:48 Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq" Bu gün, 11:48 Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib Bu gün, 11:48 "Çıraq" şadlıq sarayı ilə bağlı İDDİA: Müştərilərə iylənmiş ətdən yemək verilib? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR